"Qızıl buts"un sahibi bəlli oldu — <span style=color:#ff0000>RƏSMİ</span>

"Qızıl buts"un sahibi bəlli oldu — RƏSMİ

A + A -

2019/20-ci illər mövsümü üzrə "Qızıl buts" mükafatını qazanan futbolçunun adına aydınlıq gəlib.


Fəxri mükafata "Latsio" klubunun hücumçusu Çiro İmmobile sahib çıxıb.


A Seriyanın 38-ci turunda "Napoli" ilə matçda (1:3) fərqlənən futbolçu vurduğu qolların sayını 36-ya çatdırıb.


Bununla da 37 oyunda 36 qol və 8 məhsuldar ötürmə verən 30 yaşlı italiyalı forvard ən yaxın izləyicisi Robert Levandovski və Kristiano Ronaldonu qabaqlayıb.(Offsideplus.az)

Cebhe.info

  2020-08-03T00:05:22+04:00    |      3521