"Seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərcək" - <span style=color:#ff0000>Əflatun Amaşov</span>

"Seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərcək" - Əflatun Amaşov

A + A -

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə maraq böyükdür.

Bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşovun sözlərinə görə, elə media qurumları var ki, sanki seçki üzərində formalaşıb. MŞ sədri vurğulayıb ki, seçki günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərcək:

“Mətbuat Şurası seçki günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. "Qaynar xətt"ə daxil olan məlumatlar öncə Mərkəzi Seçki Komissiymasına ötürüləcək. Əvvəlki seçkilərdə "qaynar xətt"ə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də elə olacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcək”.

Cebhe.info

  16.01.2020 12:11    |      914