"Yoxlanmamış koronavirus xəbərləri düşmənə “yem” verir" –<span style=color:#ff0000> Politoloq</span>

"Yoxlanmamış koronavirus xəbərləri düşmənə “yem” verir" – Politoloq

A + A -

"Azərbaycana qarşı informasiya savaşı aparan Ermənistan mətbuatı koronavirus xəbərlərini gen-bol yayır".

Cebhe.info-nun xəbərinə görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bidrib:

“Guya Naxçıvanda xəstələrin sayı çoxdur, Azərbaycanda qan verilməsinin azalması səbəbindən talassemiya xəstələrinin vəziyyəti ağırlaşıb. Ermənistandakı mərkəzlər bu xəbərləri Azərbaycanın sosial şəbəkəsindən toplayırlar. Ona görə də sosial şəbəkələrdə yoxlanılmamış xəbərlərə yol verməyək, bu həm özümüzə ziyandır, gərəksiz panikanı yaradır, həm də düşmənə “yem” verir.

Əlbəttə, Azərbaycanda virusla bağlı mövcud vəziyyəti bilməliyik, qaydalara riayət etməliyik, ancaq artıq qorxu yaratmağa da ehtiyac yoxdur. Ermənistan Azərbaycanda virusla bağlı xəbərləri şişirtməkdənsə 372 xəstəsinin taleyini düşünsün, bunlardan 151 nəfəri virusa İrəvanda yoluxub”.

Xatirə
Cebhe.info

  28.03.2020 14:57    |      5391