Razi Nurullayev: <span style=color:#ff0000>“Sonuna qədər Mübariz Mənsimovun yanındayıq!”</span>

Razi Nurullayev: “Sonuna qədər Mübariz Mənsimovun yanındayıq!”

A + A -

“Mübariz Mənsimov kimi on milyardlara sahib adam Avropa ölkələrində, ABŞ-da, Kanadada, digər bunabənzər ölkələrdə bu şəkildə həbs edilə bilərdimi? Yox! 35 min nəfərə iş yeri yaradan milyarder qatı cani kimi həbs edilərdimi? Yox! 14 gündür aclıq aksiyası keçirən məhbusa belə soyuq münasibət göstərilərdimi? Yox!”

Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev iş adamı Mübariz Mənzimovun hələ də həbsdə saxlanılmasına münasibət bildirərkən deyib.

O bildirib ki, həmin ölkələrdə Mübariz Mənsimov ən çoxu ev dustaqlığına məhkum edilərdi: “Mən Türkiyəni sevirəm! Canbir, qanbir qardaşıq. Amma Türkiyə kimi hüquqi dövlətin hüquq sisteminin bu şəkil alması narahatedicidir. İnanıram ki, tezliklə Türkiyənin ədalətinin şahidi olacaq, Mübariz qardaşımızı azadlıqda görəcəyik! Sonuna qədər Mübariz Mənsimovun yanındayıq!”

Cebhe.info

  28.03.2020 22:51    |      16688