Təhsil eksperti: <span style=color:#ff0000>“Blok imtahanı keçirilə bilməz”</span>

Təhsil eksperti: “Blok imtahanı keçirilə bilməz”

A + A -

"Buraxılış və qəbul imtahanları ilə bağlı valideyinlərin bir çoxu narahatdır".

Cebhe.info-nun xəbərinə görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib:

“Məlumdur ki, bəzi rayon və şəhərlərdə buraxılış imtahanları keçirilib, amma böyük sayda abituriyent hələ də imtahan verməyib. Bəzi fikirlər var ki, imtahan keçirilmiş yerlərdə yaxın günlərdə blok imtahanları keçiriləcək. Bu belə deyil”.

Təhsil eksperti bildirir ki, respublikanın bütün bölgələrində buraxılış imtahanları bitməmiş, blok imtahanı keçirilə bilməz və keçirilməyəcək:

“Sonuncu şagird üçün buraxılış-qəbul imtahanları keçiriləndən sonra ikinci mərhələ keçirilə bilər. Digər tərəfdən isə karantin şəraitində imtahanların keçirilməsi və ya keçirilməməsi barədə rəsmi məlumat yoxdur.

Əgər keçirilməsi və ya təxirə salınması barədə məlumat, qərar olsa, rəsmi olaraq Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin saytında və rəsmi sosial şəbəkə səhifələrində paylaşılacaq. Bəli, imtahanların keçirilməməsindən mən də şagird və abituriyentlər kimi narahatam. Onlara pis təsir edib, psixoloji sarsıntı keçirirlər. Amma bütün hallarda rəsmi məlumatları gözləyək”.

Xatirə
Cebhe.info

  2020-07-04T15:57:40+04:00    |      11309