Tərtərdə dəhşətli qətl: <span style=color:#ff0000>Ər məhkəmə qarşısında arvadının başını kəsdi - Olay yerindən FOTO + TƏFƏRRÜAT</span>

Tərtərdə dəhşətli qətl: Ər məhkəmə qarşısında arvadının başını kəsdi - Olay yerindən FOTO + TƏFƏRRÜAT

A + A -

11.41

Tərtər rayonunda baş verən qətl hadisəsinin ilkin təfərrüatı məlum olub. Belə ki, hadisə məhkəmə prosesinə gələn ər və arvad arasında yaranan mübahisədən sonra olub.

Tərtər rayon Çardaqlı kəndindən məcburi köçkün düşən, 1987-ci il təvəllüdlü Əliyev Anar Zakir oğlu həyat yoldaşı.1995-ci il təvəllüdlü Əliyeva Arzu Nürəddin qızının boğazına bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Cütlük müvəqqəti olaraq Samux rayon Qarabağlar kəndində məskunlaşıbmış.

****

Tərtərdə ər arvadının başını kəsib.

Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, dəhşətli qətl bu gün səhər saatlarında baş verib. Hadisə Tərtər rayon məhkəməsinin qarşısında olub.

Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı bir neçə bıçaq zərbəsi də vurub.

Elgün Gəncimsoy
Cebhe.info

  2021-06-18T11:35:59+04:00    |      13234