Tovuzda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya törətdi

Tovuzda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya törətdi

A + A -

Tovuz rayonu Qovlar şəhər ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Bu barədə DİN-nin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, "Niva" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qaydalarına riayət etməyərək qırmızı işıqdan keçəsi səbəb olub.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

Cebhe.info

  30.03.2020 00:07    |      1079