Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb -<span style=color:#ff0000> RƏSMİ</span>

Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb - RƏSMİ

A + A -

Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 23 nəfər ölüb, 815 yeni yoluxma qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat verib.

O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 217, ölənlərin sayı isə 131 nəfərdir.

Onun sözlərinə görə, bu gün 9 982 nəfər testdən keçirilib.

Qeyd edək ki, Türkiyədə koronavirusdan sağalanların sayı 105 nəfərdir.

Cebhe.info

  29.03.2020 22:39    |      1299