Türkiyədə yaşayan azərbaycanlıların qurultayı keçiriləcək

Türkiyədə yaşayan azərbaycanlıların qurultayı keçiriləcək

A + A -

Türkiyədə yaşayan Azərbaycan türklərinin II qurultayı keçiriləcək.

Cebhe.info xəbər verir ki, Çağdaş Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq toplantıdan öncə mətbuat konsfransı olacaq. Dərnəkdən verilən məlumata görə, media nümayəndələri ilə görüş fevralın 6-da “Azərkitab”ın konfrans zalında baş tutacaq. Tədbirin keçirilmə məqsədi Türkiyədə yaşayan Azərbaycan türklərinin birliyini və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini möhkəmləndirməkdir.

Qonaqlar sırasında Türkiyədəki Azərbaycan Kültür Dərnəklərinin İdarə Heyətlərinin üzvləri, sənətçilər, siyasətçilər və iş adamları yer alacaqlar. Qeyd edək ki, Türkiyədə yaşayan Azərbaycan türklərinin I qurultayı 2011-ci ildə Türkiyənin İzmir şəhərində baş tutub.

Cebhe.info

  2020-01-30T15:30:09+04:00    |      2597