<span style=color:#000000>"VAZ-2107" xuliqanlıq edib yolu bağladı: <span style=color:red>Jurnalistə hücüm </span></span>

"VAZ-2107" xuliqanlıq edib yolu bağladı: Jurnalistə hücüm

A + A -

Bu gün axşam saatlarında "VAZ-2107" markalı avtomobilinin sürücüsü “Aeroport” yolunda avtoxuliqanlıq edib.

90-KD-119 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsü adıçəkilən yolda naməlum səbəbdən idarə etdiyi maşını yolun ortasında saxlayaraq hərəkəti tam məhdudlaşdırıb. Nəticədə prosoektdə böyük tıxac yaranıb, yolda qalan insanlar isə narazılıq edib.

Hadisə yerində olan Manset.az-ın əməkdaşı məlum hadisəni lentə almaq istəyərkən həmin xuliqanlıq etmiş sürücü saytın əməkdaşına hücum edib, onun mobil telefonunu sındırıb və nalayiq sözlərlə təhqir edib.

Məsələ ilə bağlı polis orqanlarına müraciət edilib. Hazırda qanunazidd əməllər törədən sürücü axtarılır.

Cebhe.info

  2021-07-22T00:15:21+04:00    |      617