Vəkil: <span style=color:#ff0000>"Hərbi hissə komandiri polkovnik-leytenant şübhəli şəxs qismində tutulub"</span>

Vəkil: "Hərbi hissə komandiri polkovnik-leytenant şübhəli şəxs qismində tutulub"

A + A -

"Hərbi Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqi Ilham Babayev polkovnik-leytenant rütbəli bir hərbi hissə komandirini şübhəli şəxs qismində tutub".

Cebhe.info xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

Onun sözlərinə görə, cinayət işinə buraxılması və şübhəli şəxslə görüşmək üçün dünən vəkil orderini və müvafiq sənədləri müstəntiqə təqdim edib:

"Müstəntiq Ilham Babayev hüquqlarını müdafiə etdiyim şəxslə görüşməyimi təmin etmək əvəzinə gizlincə sonuncu ilə görüşərək özünün istifadə etdiyi mobil telefon vasitəsilə şübhəli şəxsi qohum ilə danışdırıb, məndən imtina etməsinə cəhd göstərib. Müstəntiq öz mobil telefonu ilə şübhəli şəxs qismində tutulmuş şəxsi qohumu ilə danışmasını təşkil etməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozub".

Cebhe.info

  2021-06-09T13:43:51+04:00    |      38501