Viruslu xəstələrin müalicəsində<span style=color:#ff0000> YENİLİK:</span> Siyahıda daha 2 dərman

Viruslu xəstələrin müalicəsində YENİLİK: Siyahıda daha 2 dərman

A + A -

Rusiyada koronavirusun müalicəsi üçün kliniki məsləhətlər dəyişib. Bu dəfə siyahıya daha iki dərman preparatı əlavə edilib. Bundan əvvəl siyahıda 4 dərmanın adı olub.

Cebhe.info xəbər verir ki, Səhiyyə Nazirliyinin saytında tövsiyələrin yeni mətni yerləşdirilib.

Siyahıya lopinavr+rotonavir, xloroxin, hidroksixloroxin, interferon preparatları daxildir.

Bu preparatlardan atipik pnevmoniyadan əziyyət çəkən xəstələrin müalicəsində istifadə edilir.

Məlumatda bildirilir ki, Çində COVİD-19 xəstələrinin müalicəsində lopinavir+ritonavir preparatlarından istifadə edilib.

Qeyd olunub ki, həkimlər dərman təyini zamanı digər mütəxəssislərlə də məsləhətləşməlidir. Məsələn, xloroxin və hidroksixloroxin təyini zamanı xəstənin exokardiaqramı dərindən öyrənilməldir.

Umifenovir, remdesivir, favipiravir preparatlarından koronavirusla xəstələrin müalicəsinin kliniki sınaqlarında istifadə edilir.

Bununla belə, Səhiyyə Nazirliyinin baş infeksionisti Yelena Malinnikova özünü müalicə ilə məşğul olmamağa çağırıb.

Xəzər
Cebhe.info

  27.03.2020 17:42    |      3807