Yığmanın keçmiş qapıçısı koronavirusa yoluxdu

Yığmanın keçmiş qapıçısı koronavirusa yoluxdu

A + A -

Türkiyə futbolunun canlı əfsanəsi, məşhur qapıçı Rüştü Rəcbər koronavirusa yoluxub.

Cebhe.info-nun məlumatına görə, Türkiyə milli yığmasının sabiq qapıçısı artıq xəstəxanaya yerləışdirilib. 46 yaşlı Rüştüdən analiz üçün götürülən nümunələr onda “Covid-19” virusunun olduğunu təsdiq edib. Rüştünün xəstələnməsi barədə onun xanımı məlumat verib.

Koronavirusun əlamətləri Rüştü Rəcbərdə sürətlə inkişaf edib. Bunu analizlərin nəticələri də təsdiq edib. Lakin keçmiş qapıçının həyat yoldaşında və oğlunda virus aşkar edilməyib. Hazırda Rüştünün xəstəxanada həkim nəzarəti altında olduğu bildirilir.

Müşfiq Abdulla
Cebhe.info

  29.03.2020 11:30    |      969