Yoluxanların hərəkət marşrutu əhaliyə bildirilməlidir - <span style=color:#ff0000>Pediatr</span>

Yoluxanların hərəkət marşrutu əhaliyə bildirilməlidir - Pediatr

A + A -

“Daha 7 nəfərdə virus aşkarlanıb, bu rəqəm yenə artacaq. Çünki karantində kifayət qədər insan var, rəsmi məlumatda bildirilir ki, xəstələr arasında ölkə daxilində yoluxanlar da var”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə fikirlərini bildirən həkim pediatr Vaqif Qarayev hesab edir ki, yoluxanların anonimliyi saxlanılmaqla hərəkət marşrutu əhaliyə bildirilməlidir. Gürcüstan təcrübəsində belədir.

“İnzibati qadağaları alqışlayaq, amma əhali kimin harada yoluxduğunu bilsə yaxşıdı, yoxsa virusu buraxıb biganə və intizamsız kütlə ilə mübarizə aparmaq məcburiyyətində qalacağıq! Sevindirici bir məqam da var, xəstələrin durumu təhlükəli deyil!”, - deyə Vaqif Qarayev qeyd edib.

Xatirə
Cebhe.info

  23.03.2020 17:34    |      4445